27 iyul 2026. Bazar ertəsi

"Bu qərar düzgün deyildi" - Həmilton "Ferrari"ni tənqid etdi


  • Formula-1
  • 23:59 26.07.2026
  • Oxunma sayı: 45
"Bu qərar düzgün deyildi"  - Həmilton "Ferrari"ni tənqid etdi

Yeddiqat Formula 1 dünya çempionu Luis Həmilton Macarıstan Qran-prisindən sonra "Ferrari" komandasının taktiki qərarını sərt tənqid edib.

90deqiqe.Az  xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Britaniyalı pilot bildirib ki, virtual təhlükəsizlik avtomobili rejimi zamanı pit-stop etmək düzgün qərar olmayıb.

"Düşünürəm ki, həmin anda boksa daxil olmamalı idik. Qərar pit-leynə girişdən cəmi bir neçə saniyə əvvəl verildi və mübahisə etməyə vaxtım yox idi. Belə vəziyyətlərdə komandanın qərarına etibar etməlisən.

Geriyə baxanda deyə bilərəm ki, təkərlərim tam qaydasında idi. Ola bilsin, Maks Ferstappenə uduzardım, amma ən azı üçüncü yeri qoruya bilərdim. Həmin qərar isə sonradan aldığım cəzaya da yol açdı"

Qeyd edək ki, "Ferrari"nin pilotu Macarıstan Qran-prisini beşinci pillədə başa vurub.







Formula-1