- Formula-1
- 23:32 27.07.2026
"Formula-1" komandası "Red Bull" dördqat dünya çempionu Maks Verstappenlə yeni uzunmüddətli müqavilə imzalamaq üçün danışıqları davam etdirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, niderlandlı pilotun hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulsa da, sənəddə 2026-cı il mövsümündən sonra komandadan ayrılmasına imkan verən xüsusi bənd yer alıb.
"Red Bull" Verstappeni komandada saxlamaq üçün ona 2029-cu ilin sonunadək qüvvədə olacaq yeni müqavilə təklif edib. Yeni sazişdə erkən ayrılma maddəsinin çıxarılması, həmçinin hazırda illik təxminən 65 milyon avro təşkil edən baza maaşının artırılması nəzərdə tutulur.
Bildirilir ki, klubun təklifi bir neçə həftə əvvəl pilota və onun menecerlərinə təqdim edilib. Hələlik rəsmi cavab verilməsə də, tərəflər arasında danışıqlar davam edir və əməkdaşlığın uzadılmasında qarşılıqlı maraq var.