- Formula-1
- 23:32 27.07.2026
"Formula-1" üzrə "Rasinq Bulls" komandası cari mövsümün ən sürətli pit-stopunu həyata keçirərək yeni rekord müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, İtaliya təmsilçisinin mexanikləri Macarıstan Qran-prisində britaniyalı pilot Arvid Lindbladın bolidinə cəmi 1,99 saniyəyə xidmət göstəriblər. Rekord yarışın 20-ci dövrəsində qeydə alınıb.
Bununla "Rasinq Bulls" mövsümün əvvəlki ən yaxşı göstəricisini yeniləyib. Əvvəlki rekord Yaponiya Qran-prisində "Ferrari"yə məxsus idi. Həmin yarışda "Skuderiya"nın mexanikləri Luis Həmiltonun bolidinin təkərlərini 22-ci dövrədə 2,00 saniyəyə dəyişmişdilər.
Qeyd edək ki, Macarıstan Qran-prisinin qalibi hazırkı dünya çempionu Lando Norris olub. "Red Bull"un pilotu Maks Verstappen ikinci, "Mercedes"in sürücüsü Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.