- Formula-1
- 22:39 28.07.2026
“Formula-1” üzrə sabiq pilot Ralf Şumaxer Macarıstan Qran-prisində “Ferrari” komandasının çıxışını kəskin tənqid edib.
90deqiqe.Az-ın “FormulaPassion”a istinadən məlumatına görə, almaniyalı keçmiş pilotun sözlərinə görə, İtaliya təmsilçisi uğurlu temp nümayiş etdirməsinə baxmayaraq, qələbə qazanmaq üçün yaranmış fürsəti əldən verib.
“Bu, böyük məyusluq idi. Cümə günü onlar rəqiblərindən yarım saniyə daha sürətli idilər. Buna baxmayaraq, üstünlüklərini nə qoruya, nə də artıra bildilər. Hamı onları həm sağdan, həm də soldan ötürdü. Üstəlik, Lyuis Həmiltonu boksa yanlış vaxtda çağırdılar və o, yenidən mövqe itirdi. Bu, doğrudan da təəssüf doğurur. Düşünürəm ki, İtaliyada bu barədə hələ çox yazılacaq”
Qeyd edək ki, “Ferrari” Macarıstan Qran-prisinə iddialı başlasa da, yarış ərzində taktiki səhvlər və temp itkisi səbəbindən gözlənilən nəticəni əldə edə bilməyib.