1 avqust 2026. Şənbə

Finlandiya Rallisində Sebastyan Ojye liderliyini qorudu


  • Formula-1
  • 23:28 31.07.2026
  • Oxunma sayı: 41
Finlandiya Rallisində Sebastyan Ojye liderliyini qorudu

Finlandiyanın Yüväskülä şəhəri ətrafında keçirilən Dünya Ralli Çempionatının (WRC) mövsümün 10-cu mərhələsi – Finlandiya Rallisinin ikinci yarış günü başa çatıb.

90deqiqe.Az xəbər verir ki, günün yekununda əfsanəvi fransalı pilot, doqquzqat dünya çempionu Sebastyan Ojye (Toyota Gazoo Racing WRT) ən yaxşı nəticəni göstərib.

Mövsümün lideri olan britaniyalı Elfin Evans (Toyota Gazoo Racing WRT) ikinci, finlandiyalı Sami Payari (Toyota Gazoo Racing WRT2) isə üçüncü yeri tutub.

Bolqarıstan bayrağı altında çıxış edən rusiyalı pilot Nikolay Qryazin (Lancia Corse HF) ümumi təsnifatda 17-ci olub. O, eyni zamanda WRC2 sinfində yeddinci pillədə qərarlaşıb.

WRC. Finlandiya Rallisi – ikinci günün nəticələri:

  1. Sebastyan Ojye (Toyota Gazoo Racing WRT) – 1:03:47.4
  2. Elfin Evans (Toyota Gazoo Racing WRT) – +16.3
  3. Sami Payari (Toyota Gazoo Racing WRT2) – +26.7
  4. Oliver Solberq (Toyota Gazoo Racing WRT) – +41.3
  5. Martins Sesks (M-Sport Ford WRT) – +1:04.9
  6. Adrien Furmo (Hyundai Shell Mobis WRT) – +1:24.0
  7. Coş MakErlin (M-Sport Ford WRT) – +2:29.0
  8. Takamoto Katsuta (Toyota Gazoo Racing WRT) – +2:30.7
  9. Tyerri Növill (Hyundai Shell Mobis WRT) – +2:56.2
  10. Robert Virves (Škoda Fabia RS Rally2) – +3:08.7

 

  1. Nikolay Qryazin (Lancia Corse HF) – +4:01.3






Formula-1