1 avqust 2026. Şənbə

"Maks Verstappen 'Red Bull'dan ayrılmamalıdır"


  • Formula-1
  • 17:52 01.08.2026
  • Oxunma sayı: 37
"Maks Verstappen 'Red Bull'dan ayrılmamalıdır"

Formula-1 üzrə keçmiş avstriyalı pilot Gerhard Berqer dördqat dünya çempionu Maks Verstappenin "Red Bull"dan mümkün ayrılığı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 66 yaşlı sabiq pilot "Red Bull"un hazırda müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, komandanın yaxın gələcəkdə yenidən liderlər sırasına qayıdacağına inandığını bildirib.

"Mən Maksın böyük azarkeşiyəm. Düşünürəm ki, o, qeyri-adi pilotdur. 'Red Bull'u qiymətləndirəndə nəzərə almaq lazımdır ki, komanda tamamilə yeni mühərrik hazırlayıb. Bəli, onlar digər şirkətlərdən mütəxəssislər cəlb ediblər, amma 'Mercedes' və ya 'Ferrari' kimi böyük təcrübəyə malik istehsalçılarla rəqabət aparmaq və öz mühərrikinin ilk ilində rəqabətədavamlı olmaq həqiqətən təsiredicidir", – deyə Berqer bildirib.

O, komandanın etibarlılıqla bağlı problemlər yaşadığını etiraf etsə də, bunun yalnız "Red Bull"a xas olmadığını vurğulayıb.

"Hazırda etibarlılıqla bağlı problemlərin olması xoş deyil, xüsusilə də bu, ön qanad kimi vacib hissələrə aiddirsə. Amma digər komandalar da oxşar çətinliklərlə üzləşirlər. Hesab edirəm ki, Maks komandada qalaraq sakit şəkildə işini davam etdirsə və 'Red Bull' daha bir neçə güclü mütəxəssis cəlb etsə, altı-on iki ay ərzində onları yenidən çox rəqabətədavamlı görəcəyik", – deyə "Formula-1"in mətbuat xidməti Berqerin sözlərini sitat gətirib.







Formula-1