- Formula-1
- 18:34 01.08.2026
"Formula-1" üzrə "Uilyams" komandasının pilotu Aleks Albon 2026-cı il mövsümündə komandanın üzləşdiyi problemlərlə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “RacingNews365"ə istinadən məlumatına görə, o bildirib ki, komandanın çətinliklərinin bir hissəsi rəqiblərdən geri qalması ilə əlaqədardır və bu mövsüm tətbiq olunan texniki reqlament dəyişiklikləri mövcud çatışmazlıqları daha aydın üzə çıxarıb.
"Digər komandalar kimi biz də eyni çətinliklərlə üzləşdik. Lakin təhlillər göstərdi ki, dəyişməli olduğumuz daha ciddi məqamlar var və onların aradan qaldırılması istiqamətində çalışırıq.
Bu vəziyyət hamımızı məyus edir. Bir müddət də eyni problemlərlə mübarizə aparmalı olacağımızı bilmək asan deyil", – deyə Albon bildirib.