1 avqust 2026. Şənbə

Fernando Alonso "Alpin"ə qayıda bilər


  • Formula-1
  • 18:34 01.08.2026
  • Oxunma sayı: 49
Fernando Alonso "Alpin"ə qayıda bilər

"Formula-1" üzrə ikiqat dünya çempionu Fernando Alonsonun karyerasını başa vurduğu komandaya – "Alpin"ə qayıtmaq ehtimalı gündəmə gəlib.

90deqiqe.Az-ın “Auto Sport Web"ə istinadən məlumatına görə, 45 yaşlı ispaniyalı pilotun "Aston Martin"dən ayrılaraq "Alpin"ə keçidi ilə bağlı danışıqlarda fəal iştirak etdiyi iddia olunur.

Alonsonun bu mövsüm göstərdiyi nəticələr müqavilədə nəzərdə tutulan minimum göstəricilərdən aşağıdır və pilotun komandadan ayrılmaq hüququ ola bilər.

Bildirilib ki, son bir ay ərzində "Alpin"lə aparılan danışıqlar daha da intensivləşib. Komandanın 2027-ci ildən titul sponsoru olacaq Gucci ilə əməkdaşlığının Alonsonun yüksək maaş tələblərini qarşılamağa imkan verə biləcəyi qeyd olunub.

Məlumata görə, Alonso karyerasını "Formula-1"də başa vurmaq üçün keçmiş komandası "Alpin"ə qayıtmaq variantını nəzərdən keçirə bilər.

Yazıda həmçinin "Alpin"in icraçı məsləhətçisi Flavio Briatorenin hazırda "Uilyams"dan icarə əsasında çıxış edən Franko Kolapintoya gələn mövsüm üçün başqa komanda axtarmalı olduğunu bildirdiyi iddia edilir.

Kolapintonun menecmentinin artıq "Uilyams"la mümkün gələcək variantları müzakirə etdiyi vurğulanıb. Hazırda "Uilyams"da boş yer olmadığı, lakin Karlos Saynsın mövsümün sonunda komandadan ayrılmaq qərarı verə biləcəyi qeyd olunub.

Məqalədə bildirilir ki, Alonso "Aston Martin"dən ayrılarsa, komandanın rəhbəri Lourens Stroll üçün əsas namizəd Karlos Sayns olacaq. Çünki ispaniyalı pilot bazarda əlçatan olan yeganə yüksək səviyyəli sürücülərdən biri hesab olunur.







Formula-1