- Formula-1
- 22:55 01.08.2026
"Alpine" komandasının icraçı müşaviri Flavio Briatore bildirib ki, hazırkı mərhələdə əsas prioritet yeni lider pilot axtarmaq deyil, rəqabətədavamlı komanda formalaşdırmaqdır.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı funksionerin sözlərinə görə, komandanın uğuru ilk növbədə daxili koordinasiya və kollektiv işdən asılıdır.
"Hazırda pilotlar bizim üçün əsas prioritet deyil. Bu mərhələdə vacib olan odur ki, pilot komandaya uyğun gəlsin və onun bizə həlledici ola biləcək saniyənin onda iki, üç və ya hətta onda bir hissəsi qədər üstünlük qazandıra biləcəyini bilək. Ancaq hazırda əsas məqsədimiz komanda qurmaqdır. Mühəndislər arasında etimadı möhkəmləndirməli, bütün əməkdaşlar arasında qarşılıqlı anlaşmanı təmin etməliyik", – deyə Briatore bildirib.
O qeyd edib ki, komandada son illərdə ciddi struktur dəyişiklikləri aparılıb.
"Bu komandaya gələndə burada təxminən 1200-1300 nəfər çalışırdı. Hazırda isə əməkdaşların sayı 900-ə enib. Mənim əsas vəzifəm güclü yarış komandası formalaşdırmaqdır. Hazırda ən vacib məsələ məhz budur", – deyə Briatore "The Race" nəşrinə açıqlamasında vurğulayıb.