- Formula-1
- 22:49 02.08.2026
"Red Bull" rəhbərliyi dördqat Formula 1 dünya çempionu Maks Verstappeni komandada saxlamaq üçün ona bir neçə yeni müqavilə variantı təklif edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "GPblog" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Avstriya təmsilçisi təqdim olunan təkliflərdən birinin niderlandlı pilotu razı salacağına və onun ən azı 2027-ci il mövsümünün sonunadək komandada qalacağına ümid edir. Tərəflərin əməkhaqqının artırılması və ya Ferstappeni razı salacaq başqa şərtlər üzərində razılığa gəlməsi də istisna edilmir.
Bununla yanaşı, bütün təkliflərdə əsas şərtlərdən biri pilotun komandadan vaxtından əvvəl ayrılmasına imkan verən maddələrdən imtina etməsidir.
Bildirilir ki, "Red Bull" bununla Verstappenin gələcəyi ətrafında hər mövsüm yaranan transfer söz-söhbətlərinə son qoymağı hədəfləyir. Klub rəhbərliyi hesab edir ki, bu qeyri-müəyyənlik yeni əməkdaşların və sponsorların cəlb edilməsini çətinləşdirir, həmçinin niderlandlı pilotla uzunmüddətli planların qurulmasına mane olur.
Mənbənin məlumatına əsasən, komanda daxilində Verstappenin son dövrlərdə səsləndirdiyi tənqidi fikirlərə baxmayaraq, onun hələ də "Red Bull"da özünü rahat hiss etdiyi düşünülür. Pilotun gələcəyi ilə bağlı yekun qərar verməməsi isə müəyyən dəyişikliklərə nail olmaq, xüsusilə də komandanın texniki şöbəsi üzərində təzyiqi qoruyub saxlamaq cəhdi kimi qiymətləndirilir.