3 avqust 2026. Bazar ertəsi

"Bu bolidlərlə ideal pilotaj üslubunu tapmaq çox çətindir"


  • Formula-1
  • 22:42 03.08.2026
  • Oxunma sayı: 44
"Bu bolidlərlə ideal pilotaj üslubunu tapmaq çox çətindir"

"Ferrari" komandasının pilotu Şarl Lekler müasir Formula 1 bolidlərinin xüsusiyyətləri və güc qurğularının mürəkkəbliyi səbəbindən ən effektiv idarəetmə üslubunu müəyyənləşdirməyin çətin olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Formula 1" pilotu qeyd edib ki, nəticələr təkcə sürücünün bacarığından deyil, həm də mühərrik qurğusunun işindən və avtomobilin sazlanmasından asılıdır.

"Düşünürəm ki, çox şey güc qurğularından və bütün sistemin necə sazlanmasından asılıdır. Məhz buna görə də bu bolidlərlə işləmək çox çətindir. Çünki burada çox sayda dəyişən amil var.

Əvvəllər olduğu kimi deyil. O zaman məlumatlara baxıb deyə bilirdiniz: "Burada açıq şəkildə vaxt itirirəm, idarəetmə tərzimdə bunu dəyişməliyəm". İndi isə pilotaj üslubunuzu dəyişirsinizsə, amma sazlamalar və proqram təminatı əks istiqamətdə işləyirsə, nəticədə əvvəlkindən daha yavaş ola bilərsiniz.

Bu səbəbdən müxtəlif yanaşmalara açıq olmaq lazımdır. Mən bunu artıq öz təcrübəmdə görmüşəm. Mövsümə sükan arxasında özümü çox rahat hiss edərək və yaxşı nəticələr göstərərək başladım. Monako və Monreal yarışlarında isə bu bolidlə bağlı ciddi çətinliklər yaşadım. Lakin bir çox dəyişiklik etdikdən sonra vəziyyət bir qədər yaxşılaşdı", – deyə Lekler bildirib.

Mərakeşli pilot əlavə edib ki, müasir bolidlərdə aqressiv idarəetmə üslubunun hər zaman üstünlük verməsi fikri ilə razı deyil.

"Düşünmürəm ki, bu avtomobillərlə hər şey bu qədər aydındır. Burada çoxlu dəyişən amil var və sazlamalarda kiçik bir uyğunsuzluq belə nəticələri anlamağı düşündüyümüzdən daha çətin edir. Buna görə də maksimum aqressiv pilotaj üslubunun həmişə işlədiyini düşünmürəm. Ən azı bizim bolidimizdə belə deyil. Lakin ola bilər ki, başqa avtomobildə bu yanaşma effektli olsun", – deyə "Ferrari" pilotunun sözlərini "RacingNews365" yayıb.







Formula-1