3 avqust 2026. Bazar ertəsi

"Mümkün olan hər yarışda qalib gəlməliyik"


  • Formula-1
  • 22:46 03.08.2026
  • Oxunma sayı: 39
"Mümkün olan hər yarışda qalib gəlməliyik"

"Mercedes" komandasının rəhbər müavini Bredli Lord hazırkı "Formula 1" mövsümündə kollektivin əsas hədəflərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, komanda rəsmisi bildirib ki, əsas prioritet hər yarışda maksimum nəticə əldə etmək və konstrukturlar kuboku uğrunda mübarizədə şansları qorumaqdır.

"Prinsip çox sadədir: əgər "Mercedes" hər hansı yarışı qazana bilərsə, bunu etməlidir. Əsas məsələ də budur. Komanda hər şeydən öndədir və konstrukturlar kuboku kollektivimizin əsas məqsədidir.

Mövsümün ortasındayıq və hazırda çempionluq titulu barədə düşünmək üçün çox tezdir. Biz mümkün ssenarilər üzərində dayanmaq istəmirik. Əlbəttə, hər iki çempionatda qalib gəlmək istəyirik və bunun üçün ən yaxşı imkanları yaratmağa çalışacağıq.

Bunun yolu isə mümkün qədər çox yarışda hər iki bolidi yüksək yerlərdə finişə çatdırmaqdan keçir. Lakin bu mövsüm hələ heç bir yarışda bunu tam şəkildə bacarmamışıq", – deyə Bredli Lordun sözlərini "FormulaPassion" yayıb.







Formula-1