4 avqust 2026. Çərşənbə axşamı

"Formula 1" filmində bir az daha aksiyon görmək istərdim"


  • Formula-1
  • 23:08 03.08.2026
  • Oxunma sayı: 39
"Formula 1" filmində bir az daha aksiyon görmək istərdim"

Keçmiş Formula 1 pilotu, yaponiyalı Yuki Tsunoda 2025-ci ildə ekranlara çıxan və baş rolunda məşhur aktyor Bred Pittin çəkildiyi "Formula 1" filmi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Tsunoda bildirib ki, real yarışçı baxımından filmdə bəzi səhnələr bir qədər şişirdilmiş görünüb, lakin ümumilikdə ekran işini yüksək qiymətləndirib.

"Fəaliyyətdə olan bir pilot kimi baxanda bəzi məqamlar bir qədər Hollivud üslubunda görünürdü (gülür). Amma hekayə çox maraqlıdır və düşünürəm ki, bu, Formula 1-ə yeni azarkeşlər qazandıracaq möhtəşəm bir layihədir.

Bundan əlavə, Bred Pittin çox möhtəşəm aktyor olduğunu düşünürəm. Əgər filmin davamı çəkilsə, təkcə Bred Pitt deyil, Ceyson Steytemi də görmək istərdim (gülür). Mən mənfi obrazları və döyüş səhnələrini sevirəm, belə elementləri izləmək maraqlı olardı.

Əsl Formula 1-də isə döyüşmək mümkün deyil. Belə olsa, film həddindən artıq Hollivud üslubunda alınar. Amma bir qədər aksiyon görmək istərdim", – deyə Tsunodanın sözlərini "Shiga Sports Japan" yayıb.

Qeyd edək ki, 2025-ci ildə təqdim olunan "Formula 1" filmi Formula 1 dünyasından bəhs edir və baş rolda Bred Pitt çıxış edir.







Formula-1