- Formula-1
- 00:04 05.08.2026
Beynəlxalq Avtomobil Federasiyası (FİA) Bəhreyn Qran-prisinin start vaxtını rəsmən təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, Formula 1 yarışı oktyabrın 4-də Malayziyanın "Sepanq" trasında keçiriləcək. Yarış Bakı vaxtı ilə 11:00-da (yerli vaxtla saat 15:00-da) start götürəcək.
Qeyd edək ki, Bəhreyn Qran-prisi əvvəlcə mart ayında Səxirdə keçirilməli idi. Lakin Yaxın Şərqdə baş verən hərbi qarşıdurma səbəbindən yarış təxirə salınıb.
Bunun ardından təşkilatçılar mərhələnin Malayziyanın "Sepanq" trasında keçirilməsi barədə qərar qəbul ediblər. Sözügedən tras 1999–2017-ci illərdə Formula 1 üzrə Malayziya Qran-prisinə ev sahibliyi edib.
Xatırladaq ki, "Sepanq" Cənub-Şərqi Asiyada Formula 1 dünya çempionatının mərhələsini qəbul etmək üçün xüsusi olaraq inşa edilmiş ilk avtodrom hesab olunur.