5 avqust 2026. Çərşənbə

"Formula 1" mövsümünün ilk yarısının ən yaxşı pilotlarının reytinqi açıqlandı


  • Formula-1
  • 23:44 04.08.2026
  • Oxunma sayı: 41
"Formula 1" mövsümünün ilk yarısının ən yaxşı pilotlarının reytinqi açıqlandı

"Formula 1"in rəsmi saytı ekspert qiymətləndirmələri əsasında 2026-cı il mövsümünün ilk yarısının ən yaxşı pilotlarının reytinqini dərc edib.

90deqiqe.Az-ın məlumatına görə, reytinqə şəxsi hesabda lider olan "Mercedes" komandasının italiyalı pilotu Andrea Kimi Antonelli başçılıq edir. Pilotların hər yarış üzrə çıxışı 10 ballıq sistemlə qiymətləndirilib və yekun siyahı orta bal əsasında hazırlanıb.

2026-cı il mövsümünün ilk yarısının ən yaxşı pilotları:

  1. Andrea Kimi Antonelli ("Mercedes") – 8,9
  2. Maks Verstappen ("Red Bull") – 8,0
  3. Luis Hemilton ("Ferrari") – 8,0
  4. Pyer Qasli ("Alpine") – 7,6
  5. Liam Louson ("Racing Bulls") – 7,6
  6. Corc Rassell ("Mercedes") – 7,6
  7. Arvid Lindblad ("Racing Bulls") – 7,5
  8. Lando Norris ("McLaren") – 7,5
  9. Şarl Lekler ("Ferrari") – 7,4
  10. İsak Həccar ("Red Bull") – 7,0
  11. Franko Kolapinto ("Alpine") – 7,0

Qeyd edək ki, Andrea Kimi Antonelli cari mövsümdə göstərdiyi sabit performans sayəsində həm çempionatın lideridir, həm də ekspertlərin qiymətləndirməsinə əsasən ilk yarının ən yüksək reytinq alan pilotu olub.







Formula-1