- Formula-1
- 00:04 05.08.2026
"Formula-1" üzrə keçmiş pilot Robert Dornbos "Red Bull" komandasının dördqat dünya çempionu Maks Verstappenin gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, o, Verstappenin gələcəyi ilə bağlı qərarını Niderland Qran-prisi zamanı Zandfortda açıqlayacağını bildirib.
"Maksa dair qərar, böyük ehtimalla, Zandfortda elan olunacaq. "Red Bull" üçün Maksı komandada saxlamaq və onun 2028-ci ilin sonunadək qüvvədə olan müqaviləsini təsdiqləmək çox vacibdir. Komandaya hörmət əlaməti olaraq bunu ictimai şəkildə deməsi doğru olardı: "Mən sizinlə qalıram ki, bütün diqqətimizi 2027-ci il mövsümünə yönəldə bilək", - deyə Dornbos Pit Talk podkastında bildirib.
Qeyd edək ki, mövsüm ərzində Maks Verstappenin "Red Bull"dan ayrılacağı ilə bağlı iddialar mütəmadi olaraq gündəmə gəlib. Niderland Qran-prisi Zandfort trasında keçiriləcək və Verstappen burada hər zaman yerli azarkeşlərin güclü dəstəyi ilə yarışır.