- Formula-1
- 00:04 05.08.2026
Böyük Britaniyalı pilot Oliver Berman "Aston Martin"in 2027-ci il mövsümü üçün etdiyi təklifi rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Mark Limaşe "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 2026-cı il mövsümünə uğursuz başlayan və Konstruktorlar Kubokunda cəmi bir xalla 10-cu pillədə qərarlaşan "Aston Martin" Bermana əsas heyətdə yer təklif edib. Lakin britaniyalı pilot "Haas" komandasında qalmağa və inkişafını "Ferrari" akademiyasının tərkibində davam etdirməyə üstünlük verib.
Məlumata əsasən, Oliver Berman "Ferrari" akademiyası ilə müqaviləsini 2028-ci ilin sonunadək uzadacaq.
Qeyd edək ki, Berman 2025-ci ildən "Haas"ın şərəfini qoruyur. O, cari mövsümdə keçirilən 11 mərhələdən sonra 18 xal toplayaraq pilotların şəxsi hesabında 13-cü pillədə qərarlaşıb. Britaniyalı pilotun bu mövsüm ən yaxşı nəticəsi Çin Qran-prisində qazandığı beşinci yer olub.