5 avqust 2026. Çərşənbə

Conatan Uitli "Formula-1"dən müvəqqəti uzaq qala bilər


  • Formula-1
  • 00:04 05.08.2026
  • Oxunma sayı: 39
Conatan Uitli "Formula-1"dən müvəqqəti uzaq qala bilər

"Formula-1" üzrə "Audi" komandasının sabiq rəhbəri Conatan Uitli bir müddət yarış seriyasından kənarda qala bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "PlanetF1" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 2026-cı ilin martında "Audi"dəki vəzifəsindən şəxsi səbəblərə görə ayrılan britaniyalı mütəxəssis yeni komandada fəaliyyətə başlamazdan əvvəl məcburi gözləmə müddəti ("garden leave") keçməlidir. Komanda rəhbərinin səlahiyyətləri isə layihənin rəhbəri Mattia Binottoya həvalə olunub.

Qeyd olunur ki, "Formula-1"də yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulan bu məhdudiyyət adətən altı aydan bir ilə qədər davam edir. Bununla belə, tərəflər arasında maliyyə razılığı əldə olunacağı təqdirdə həmin müddət qısaldıla bilər.

Beləliklə, Conatan Uitlinin karyerasını hansı komandada davam etdirəcəyi ilə bağlı məsələnin yaxın aylarda da qeyri-müəyyən qalacağı bildirilir. Britaniyalı mütəxəssisin yeni iş yeri barədə isə hələlik rəsmi açıqlama verilməyib.







Formula-1