- Formula-1
- 23:41 06.08.2026
"Formula-1"in dördqat dünya çempionu Maks Verstappen gələcəkdə öz adına muzey yaratmaq istədiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə,"Red Bull" komandasının niderlandlı pilotu bildirib ki, hazırda muzeyin harada yerləşəcəyi ilə bağlı düşünür.
"Bu muzeyin harada olmalı olduğu barədə düşünürəm. Gələcəkdə belə bir layihəni həyata keçirmək istərdim. Fernando Alonsonun da İspaniyada öz muzeyi var. Bu, çox gözəl ideyadır. Orada bütün yarış avtomobilləri, "Formula-1" bolidləri sərgilənir. Düşünürəm ki, belə bir muzey gənc uşaqlar üçün ilham və motivasiya mənbəyi ola bilər"
Qeyd edək ki, ikiqat dünya çempionu Fernando Alonsonun muzeyi və kartinq kompleksi İspaniyanın Lyanera bələdiyyəsində, Ovyedo şəhəri yaxınlığında yerləşir. Təxminən 1200 kvadratmetrlik ərazini əhatə edən muzeydə ispaniyalı pilotun 300-dən çox şəxsi eksponatı, o cümlədən "Formula-1" bolidləri, kartları, dəbilqələri, yarış kombinezonları və qazandığı kuboklar nümayiş etdirilir.