7 avqust 2026. Cümə

"Bu il mənim üçün cəngəllikdə sağ qalmağa bənzəyir"


  • Formula-1
  • 23:41 06.08.2026
  • Oxunma sayı: 23
"Bu il mənim üçün cəngəllikdə sağ qalmağa bənzəyir"

"Red Bull" komandasının heyətində dördqat Formula 1 çempionu olan niderlandlı Maks Verstappen son bir ildə "Kral yarışları"nda ciddi çətinliklərlə üzləşdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı pilot hazırkı vəziyyəti asan olmadığını qeyd edib.

"Bu il mənim üçün, sözün əsl mənasında, cəngəllikdə sağ qalmağa bənzəyir. Amma bacardığım qədər bundan zövq almağa çalışıram. Təbii ki, bolid idarəetmə baxımından daha rahat olanda ondan daha çox həzz ala bilirsən. Hətta çox vaxt istədiyin nəticəni əldə etməsən belə.

Lakin məsələ daha çox başqa amillərlə bağlıdır. Bəzən özünü bir qədər enerjisiz hiss edirsən, sanki batareyan bir az boşalıb", - deyə Verstappen "Sky Sports"a açıqlamasında bildirib.

Qeyd edək ki, Maks Verstappen "Red Bull"un heyətində dörd dəfə Formula 1 üzrə dünya çempionu olub.







Formula-1