7 avqust 2026. Cümə

"Antonelli mövsümün ən yaxşı pilotlarından biridir"


  • Formula-1
  • 23:44 06.08.2026
  • Oxunma sayı: 31
"Antonelli mövsümün ən yaxşı pilotlarından biridir"

"Maklaren" komandasının heyətində Formula 1 çempionu olan britaniyalı Lando Norris "Mercedes"in gənc pilotu Andrea Kimi Antonellinin mövsümün ilk mərhələsində digər sürücülərdən daha yaxşı nəticə göstərdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı pilot 19 yaşlı italiyalı həmkarının çıxışını yüksək qiymətləndirib.

"İlk mərhələdə ən yaxşı nəticə göstərən pilot kimdir? Düşünürəm ki, ideal namizəd Kimi Antonellidir. "Mercedes"in çox yaxşı bolidi var və Antonelli hər həftəsonu komanda yoldaşını inamlı şəkildə qabaqlayaraq möhtəşəm iş görür.

Ona görə də çempionluq mübarizəsindən danışarkən Antonellinin əməyini xüsusi qeyd etmək lazımdır", - deyə Norrisin sözlərini "Sky Sports" yayıb.







Formula-1