- Formula-1
- 23:51 06.08.2026
"Red Bull" komandasının heyətində çıxış edən dördqat Formula 1 dünya çempionu Maks Verstappen "Mercedes"in gənc pilotu Andrea Kimi Antonellinin çıxışını yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, 28 yaşlı niderlandlı sürücü 19 yaşlı italiyalı pilotun mövsümün ilk mərhələsində göstərdiyi performansdan məmnun olduğunu bildirib.
"İlk mərhələdə ən yaxşı nəticə göstərən pilot kimdir? Çempionatın liderlərinə baxsaq, Kimi həqiqətən də çox yaxşı iş görüb. O, çox etibarlı sürücüdür və komandasının ən güclü pilotu olmağı bacarıb.
Düşünürəm ki, o, bu tempdə davam etsə, uğurlu çıxışını davam etdirəcək. Əlbəttə, onun bəzi yarışlarda bəxti gətirmədi və bu, yəqin ki, bir qədər məyusedicidir. Amma 19 yaşlı pilot üçün indiyədək olduqca inamlı və sabit çıxış edib.
Kimi yaxşı insandır və çox güclü yarışçıdır. Bu, uğurlu kombinasiya yaradır", - deyə Verstappenin sözlərini "Sky Sports" yayıb.