- Formula-1
- 23:36 07.08.2026
Dördqat Formula 1 dünya çempionu Maks Verstappen "Mercedes"in gənc pilotu Andrea Kimi Antonelli barədə yüksək fikirlər səsləndirib.
90deqiqe.Az-ın məlumatına görə, "Red Bull"un pilotu 19 yaşlı italiyalının istedadının hələ kartinq dövründən diqqət çəkdiyini bildirib.
"O, hələ kartinqdə çıxış edərkən ən parlaq istedadlardan biri olduğu görünürdü. Daha aşağı kateqoriyalardan yuxarı pillələrə yüksəldikcə bunu dəfələrlə sübut etdi. Məni ən çox təsirləndirən məqam isə budur ki, mən həmişə deyirəm, Formula bolidlərinə keçməzdən əvvəl pilotların mexaniki sürətlər qutusu ilə keçirilən seriyalarda ən azı bir neçə yarışda iştirak etməsi çox vacibdir. Bu, onlara sürətlər qutusundan düzgün istifadə etməyi, mübarizə aparmağı və startları öyrənməyə kömək edir", - deyə Ferstappen bildirib.
Niderlandlı pilot Antonellinin ilk yarışından etibarən fərqləndiyini də vurğulayıb.
"O, ilk yarışındaca kartinqin ən güclü rəqibləri fonunda yüksək nəticə göstərdi. Bu qədər gənc yaşda onun təbii istedadı açıq-aşkar görünürdü və sonradan Formula seriyalarında da bunu davam etdirdi"