- Formula-1
- 23:36 07.08.2026
Dördqat Formula 1 dünya çempionu Maks Verstappen "Mercedes"in gənc pilotu Andrea Kimi Antonellinin 2025-ci il mövsümündəki çıxışı barədə danışıb.
90deqiqe.Az-ın “RacingNews365"a istinadən məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Antonellinin debüt mövsümündə etdiyi səhvlərin təbii olduğunu bildirib.
"O, Formula 1-ə çox sürətli keçid etdi və ilk ilində müəyyən səhvlərə yol verməsi normaldır. Düşünürəm ki, hamımız belə səhvlər edirik.
Təbii ki, yüksək səviyyəli komandada çıxış etdikdə bu, daha çox diqqət çəkir. Amma mənim üçün heç vaxt şübhə olmayıb ki, o, növbəti il böyük irəliləyiş edəcək və daha stabil, daha rəqabətqabiliyyətli çıxış edəcək. Bu, pilotun inkişaf prosesinin bir hissəsidir. Debüt mövsümü çətin keçə bilər, lakin hazırda o, həqiqətən möhtəşəm iş görür", - deyə Verstappen bildirib.