- Formula-1
- 17:30 08.08.2026
69 yaşlı isveçli keçmiş Formula 1 pilotu Stefan Yohansson “Red Bull”un niderlandlı sürücüsü, dördqat dünya çempionu Maks Verstappenin hazırkı vəziyyəti barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Yohansson bu barədə "Formula 1"in mətbuat xidmətinə bildirib.
“Mən onun məyusluğunu başa düşürəm. Yaxşı bolidin yoxdursa, qalib gələ bilməzsən. Heç vaxt ən yaxşı bolidə sahib olmayan dünya çempionu olmayıb. Reallıq budur. O, hələ də əksər vaxtlarda möcüzələr yaradır və inanılmaz dərəcədə güclüdür. Bu, açıq-aydındır.
Əminəm ki, onun komandadan ayrılmaq üçün seçimləri kifayət qədər çoxdur. Düşünürəm ki, hər bir komanda onu öz bolidinə gətirmək üçün əlindən gələni edər”