9 avqust 2026. Bazar günü

“Ferrari”nin sabiq mühəndisi Həmiltonu Şumaxerlə müqayisə etdi


  • Formula-1
  • 23:18 08.08.2026
  • Oxunma sayı: 54
“Ferrari”nin sabiq mühəndisi Həmiltonu Şumaxerlə müqayisə etdi

“Ferrari”nin sabiq yarış mühəndisi Rob Smedli komandanın 20 ildən artıqdır fəaliyyət göstərən əməkdaşlarının Luis Həmilton ilə Mixael Şumaxer arasında oxşarlıq gördüklərini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “Motorsport” Smedlinin dediklərini belə çatdırıb.

“Mən xüsusilə Luisin üzərində dayanmaq istəyirəm. Elə təsir yaranır ki, o, komandaya ciddi təkan verir. Bu barədə artıq danışmışıq: belə səviyyəli pilot komandaya qoşulanda kollektiv sanki bir faiz daha güclü olur.

Onu sevirlər. Komandadakı insanlarla fərdi söhbətlər aparanda və ya üzvü olduğum ümumi çatlarda yazışanda görürəm ki, hamısı ona heyrandır. Çünki o, nəticə verir. O, yeddiqat dünya çempionudur və onlar onun uğur qazana bilən pilot olduğunu bilirlər.

Luis hələ də dünya çempionluqları qazana bilər, eyni zamanda komandaya böyük motivasiya verir. Bunu düzgün şəkildə edir və onlar da bunu yüksək qiymətləndirirlər. Komandada artıq 20 il və daha çox çalışan əməkdaşlar onunla Mixael arasında oxşarlıq görürlər”







Formula-1