- Formula-1
- 23:23 08.08.2026
“Uilyams”ın pilotu Karlos Saynz 2021-ci ildə “Ferrari”yə keçməzdən əvvəl komandanın onun əvvəlki çıxışlarını necə ətraflı təhlil etdiyindən şoka düşdüyünü bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “RacingNews365” 31 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
“Yadımdadır, “Ferrari”yə gələndə Mattia Binotto və Loran Mekis mənə əvvəlki altı il ərzində keçirdiyim yarışların bütün nəticələrinin komanda yoldaşlarımla müqayisəli şəkildə əks olunduğu sənəd göstərdilər. Onların nə qədər çox məlumat topladığını görəndə şoka düşdüm. “Maklaren”, “Reno” və “Toro Rosso”da çıxışlarım... Düşünürdüm ki, bunları nəzərə almayacaqlar.
Onlarda quru trasdakı yarışlar, quru trasdan yaş asfalta keçid, tam yaş şərait və sıralanma turları ilə bağlı məlumatlar var idi. Məni hərtərəfli təhlil etmişdilər və məhz buna görə seçmişdilər. Daha sonra onların fikrincə, inkişaf etdirməli olduğum göstəriciləri mənə göstərdilər. Mən isə düşündüm: “Bunlar elə mənim özümün də yaxşılaşdırmalı olduğumu bildiyim göstəricilərdir”.
Komandaların hər şeyi bu qədər detallı səviyyədə təhlil etdiyinə tam hazır deyildim. “Ferrari” kimi bir komandanın məni araşdıraraq Daniel Rikkardodan və ya “Skuderiya”da yer üçün digər namizədlərdən üstün tutması məni heyrətləndirdi. Top komandaların və lazımi imkanlara sahib kollektivlərin bu qədər ətraflı mənzərəni görə bilməsi məndə xoş təəccüb yaratdı”