- Formula-1
- 22:41 09.08.2026
“Mercedes”in britaniyalı pilotu Corc Rassel komandanın əməkdaşları barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Formula-1" pilotu komandanın mövsüm ərzində həm uğursuz, həm də uğurlu nəticələr zamanı eyni yanaşmanı qoruduğunu vurğulayıb.
“Düzünü desəm, bizim son dərəcə sabit və işinə fokuslanmış komandamız var. Burada hər kəs məlumatlara və nəticəyə əsaslanır. Onlar Formula-1 mövsümünün eniş-yoxuşları zamanı kifayət qədər təmkinlidirlər.
Bununla nə demək istəyirəm? Uğursuzluqlar zamanı komanda ruhdan düşmədi. Sadəcə nəticə əldə etmək və inkişaf etmək üçün prosesə fokuslandı. İndi isə uğurların dalğasında olduğumuz halda onlar yenə də nəticəyə və inkişafımıza kökləniblər.
Beləliklə, məğlubiyyətlər zamanı da, uğurlarımızda da düşüncə tərzimiz və yanaşmamız, əslində, eyni olub”, - deyə Rasselin sözlərini “RacingNews365” yayıb.