- Formula-1
- 22:41 09.08.2026
“Red Bull” komandasının dördqat dünya çempionu Maks Verstappen Niderland Qran-prisinin "Formula-1" təqviminə qayıtması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “Formule1 Magazine” təcrübəli pilotçunun dediklərini belə çatdırıb.
“Bunun sayəsində hər şeyin baş verdiyini demək istəmirəm. Mən öz üzərimə düşəni etmişəm. Əvvəla, Niderlandda avtomobil idmanının həqiqətən yaşadığını görmək çox gözəldir. Şəxsən mən bunun uğurunu öz adıma çıxarmağa ehtiyac görmürəm.
Xoşbəxtlikdən, ölkəmizdə müxtəlif siniflərdə uğurla çıxış edən və Assenlə Zandfortda böyük təəssürat yaradan digər pilotlar da var. Hər şey canlı və aktivdir və hesab edirəm ki, bu, çox gözəldir.
Mən öz nailiyyətlərimi bütün dünyaya nümayiş etdirməyə ehtiyac duymuram. Əslində, bunun heç bir əhəmiyyəti yoxdur. Əsas olan odur ki, hazırda avtomobil idmanına böyük maraq var. İndi balaca uşaqlar avtomobil idmanı və Formula-1 haqqında xəyal qururlar.
Əlbəttə, Formula-1 zirvədir. Amma Formula-1-dən aşağı səviyyələrdə də avtomobil idmanı ilə məşğul olmaq üçün çoxlu maraqlı imkanlar var”
Niderland Qran-prisi 2021-ci ildə fasilədən sonra yenidən Formula-1 təqviminə daxil edilib.