10 avqust 2026. Bazar ertəsi

“Mercedes” W17 üçün yeniliklər gətirəcək"


  • Formula-1
  • 21:14 10.08.2026
  • Oxunma sayı: 35
“Mercedes” W17 üçün yeniliklər gətirəcək"

“Mercedes” komandasının rəhbər müavini Bredli Lord mövsümün ikinci yarısında W17 bolidinin inkişafı ilə bağlı planlardan danışıb.

90deqiqe.Az-ın “PlanetF1”ə istinadən məlumatına görə, alman komandası yay fasiləsindən sonra bolidə performansı artıracaq yeni detallar gətirməyi planlaşdırır.

Lord bildirib ki, “Mercedes”in inkişaf tempi hələ də yüksək olaraq qalır:

“Biz hələ də çox yüksək inkişaf tempi nümayiş etdiririk. Mövsümün ilk yarısında, demək olar ki, yalnız Monrealda böyük yenilənmə paketi təqdim etdik. Bununla yanaşı, hər mərhələdə kiçik təkmilləşdirmələr üzərində işlədik. Bunların bir qismi aerodinamika baxımından nəzərəçarpacaq və texniki deklarasiyalarda əks olunan yeniliklər idi. Digərləri isə kalibrləmə, idarəetmə sistemlərinin sazlanması və texniki reqlamentin digər incəlikləri ilə bağlı idi.

İndiyədək bu, liderlər qrupunda mübarizəni davam etdirməyimiz üçün kifayət edib. Baxmayaraq ki, digər komandalar daha böyük yenilənmə paketləri təqdim edə biliblər.

Digər məqam isə odur ki, biz əvvəlcə bolidin ilkin versiyasını təqdim etdik, daha sonra yekun testlər və Melburn mərhələsi üçün kifayət qədər ciddi ilkin yenilənmə gətirdik. Bu, ilk yenilənmə idi. İkincisini Monrealda təqdim etdik. Hazırda isə istehsal mərhələsində performansın artırılması istiqamətində böyük həcmdə işlər görülür. Bu yeniliklər yay fasiləsindən sonra bolidə tətbiq olunmağa başlayacaq”.

Qeyd edək ki, “Mercedes” mövsümün ikinci yarısında W17-nin rəqabət qabiliyyətini artıraraq liderlər qrupundakı mövqeyini qorumağı hədəfləyir.







Formula-1