10 avqust 2026. Bazar ertəsi

“Honda” yeni mühərrikini Niderland Qran-prisində təqdim edəcək


  • Formula-1
  • 22:19 10.08.2026
  • Oxunma sayı: 34
“Honda” yeni mühərrikini Niderland Qran-prisində təqdim edəcək

“Honda”nın baş mühəndisi Şintaro Orihara şirkətin yeni Spec 2 güc qurğusunun hazırlanması ilə bağlı planlarından danışıb.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, yapon istehsalçısı Zandvortda keçiriləcək Niderland Qran-prisində təqdim olunacaq yeni güc qurğusunun hazırlanması zamanı qarşısına qoyduğu daxili hədəflərə çatıb.

Orihara dəqiq göstəriciləri açıqlamasa da, komandanın işindən razı olduğunu bildirib:

“Dəqiq rəqəmləri açıqlaya bilmərəm, amma qarşımıza qoyduğumuz daxili hədəfə çatmışıq. HRC Sakura zavodunda mühərrik üzərində çalışan komandaya güvənirəm.

Əsas diqqəti mühərrikin məhsuldarlığının artırılmasına, xüsusilə yanma prosesinin sürətləndirilməsinə yönəltdik. Yanmanı sürətləndirmək üçün ön yanma kamerasını dəyişdirdik, həmçinin optimallaşdırmaq məqsədilə porşenin formasını təkmilləşdirdik.

Bundan başqa, sürtünməni azaltmaq üçün yağlama sistemlərinin bəzilərində dəyişikliklər etdik. Ümumilikdə mühərrikin məhsuldarlığını artırmağa yönəlmiş uzun bir təkmilləşdirmə siyahımız var.

Yeni mühərriki Niderlandda təqdim etmək üçün səbirsizlənirik. Zandvortda rəqiblərimizlə müqayisədə hansı mövqedə olduğumuzu görəcəyik”.

Qeyd edək ki, “Honda”nın yeni Spec 2 güc qurğusu Niderland Qran-prisində istifadəyə veriləcək.







Formula-1