- Formula-1
- 23:40 11.08.2026
“Ferrari” Formula 1-də 2027-ci il mövsümü üçün güc qurğusunun arxitekturasında əsaslı dəyişiklik etməyə hazırlaşır.
90deqiqe.Az-ın “AutoRacer”ə istinadən məlumatına görə, bu dəyişiklik hazırkı SF-26 bolidinin inkişafının başa çatdırılmasından sonra komandanın növbəti böyük addımı olacaq.
Məlumata əsasən, SF-26-nın uğurlu bazası “Ferrari”yə resurslara qənaət edərək diqqətini gələcək layihəyə yönəltməyə imkan verib. “Red Bull” RB22-dəki problemlərin aradan qaldırılmasına ciddi vəsait sərf etdiyi, “Mercedes”in bir neçə böyük yenilənmə paketinə resurs ayırdığı, “Maklaren”in isə bolidin səmərəliliyini artırmaq üzərində çalışdığı bir vaxtda, “Skuderiya”nın əsas prioriteti SF-26-nın potensialını mərhələli şəkildə üzə çıxarmaqdır.
Mənbə bildirir ki, SF-26-nın “möhkəm təməl üzərində qurulması” komandaya bu istiqamətdə hərəkət etmək imkanı verib.
Güc qurğusunun arxitekturasında dərin dəyişikliklərin 2027-ci ilə planlaşdırıldığı qeyd olunur. Hazırkı ADUO 2 mühərrikinin inkişaf etdirilmiş versiyası 2026-cı il mövsümünün sonunadək əsas kimi istifadə ediləcək.
Lakin “Ferrari” növbəti qış fasiləsində mühərrikin inkişafında “əsl konseptual sıçrayış” etməyi planlaşdırır.