13 avqust 2026. Cümə axşamı

FIA rusiyalı və belaruslu pilotlarla bağlı qərarını dəyişdi


  • Formula-1
  • 23:01 13.08.2026
  • Oxunma sayı: 22
FIA rusiyalı və belaruslu pilotlarla bağlı qərarını dəyişdi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Ümumdünya Avtoidman Şurası (WMSC) rusiyalı və belaruslu pilotlarla bağlı daha əvvəl tətbiq etdiyi məhdudiyyətləri ləğv edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə FIA-nın rəsmi açıqlamasında məlumat verilib.

Yeni qərara əsasən, Rusiya və Belarus pilotları, milli komandaları, ayrı-ayrı yarış iştirakçıları və rəsmilər beynəlxalq və zonal yarışlarda heç bir məhdudiyyət olmadan iştirak edə biləcəklər. Onlardan neytrallıq öhdəliyi imzalamaq da tələb olunmayacaq.

Həmçinin yarışlarda Rusiya və Belarusun milli simvollarının, rənglərinin və bayraqlarının nümayişinə icazə veriləcək. Bu qayda pilotların formalarına, avadanlıqlarına və bolidlərinə də şamil olunur. Bundan əlavə, hər iki ölkənin dövlət himninin səsləndirilməsinə də icazə veriləcək.

FIA-nın qərarında qeyd olunub ki, Rusiya və Belarus ərazisində beynəlxalq və zonal yarışların keçirilməsinə qoyulan qadağa isə qüvvədə qalır.

Qurumun bildirdiyinə görə, sözügedən məhdudiyyət növbəti qərara qədər davam edəcək.







Formula-1