13 avqust 2026. Cümə axşamı

“Red Bull” Maks Verstappenə yeni müqavilə təklif edib


  • Formula-1
  • 23:11 13.08.2026
  • Oxunma sayı: 29
“Red Bull” Maks Verstappenə yeni müqavilə təklif edib

“Red Bull” komandası dördqat dünya çempionu Maks Verstappenə yaxşılaşdırılmış şərtlərlə yeni beşillik müqavilə təklif edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə almaniyalı jurnalist Ralf Bax öz mənbələrinə istinadən məlumat yayıb.

“Red Bull” Ferstappenin komandada uzun müddət qalmasını istəyir. Eşitdiyimə görə, Maks üçün yeni beşillik müqavilə və böyük məbləğdə maliyyə təklifi hazırlanıb. Lakin Ferstappen bu təklifi qəbul etsə belə, müqaviləni vaxtından əvvəl pozmaq imkanından imtina etmək istəmir.

Əslində Maks yalnız müqaviləsini bir il uzatmaq və 2027-ci ildə də “Red Bull”da qalmaq istəyir. O, Adrian Nyui-nin varisinin işinin necə gedəcəyini görmək istəyir. Hazırda vəziyyət o qədər də yaxşı deyil.

Maks “Red Bull”un bu dəfə ona yarışlarda qələbə qazanmağa və çempionluq uğrunda mübarizə aparmağa imkan verəcək bolid hazırlaya bilib-bilməyəcəyini anlamaq istəyir. Əgər bu baş verməsə, o, 2027-ci ilin sonunda komandadan ayrılıb-ayrılmayacağına və ümumiyyətlə Formula 1-də yarışmağa davam edib-etməyəcəyinə qərar verə biləcək”, - deyə Bax bildirib.

Jurnalistin sözlərinə görə, Ferstappen “Red Bull”dan ayrılmaq qərarına gəlsə, onun üçün bir neçə variant ola bilər. 2027-ci il mövsümünün sonunda bir çox pilotun müqaviləsi başa çatacaq və niderlandlı üçün “Mercedes”, “MakLaren” və hətta “Ferrari” variantları gündəmə gələ bilər.

“Məncə, Verstappen gözləmək və hadisələrin necə inkişaf edəcəyini görmək istəyir”, - deyə Ralf Bax əlavə edib.







Formula-1