15 avqust 2026. Şənbə

“Audi” Karlos Saynsı heyətinə qatmaq istəyib


  • Formula-1
  • 23:46 14.08.2026
  • Oxunma sayı: 38
“Audi” Karlos Saynsı heyətinə qatmaq istəyib

“Audi” Formula 1 üzrə “Uilliams” komandasının pilotu Karlos Saynsı 2027-ci il mövsümündən etibarən heyətinə qatmaq üçün danışıqlar aparıb.

90deqiqe.Az-ın “PlanetF1”ə istinadən məlumatına görə,  Almaniya komandası 2026-cı il ərzində ispaniyalı pilotun mümkün transferi ilə bağlı onun tərəfi ilə danışıqlar keçirib.

Bildirilir ki, “Audi” Saynsı Niko Hülkenberqin əvəzləyicisi kimi nəzərdən keçirib. Hətta tərəflərin pilot mübadiləsi ilə bağlı razılığa gəlməsi variantı da müzakirə olunub. Bu halda “Audi”nin Hülkenberqin komandadan ayrılması üçün ona böyük məbləğ ödəyə biləcəyi bildirilib.

Lakin danışıqlar nəticə verməyib. Beləliklə, “Audi” gələn mövsüm də hazırkı pilot heyəti - Niko Hülkenberq və Qabriel Bortoleto ilə mübarizəni davam etdirəcək.

Qeyd edək ki, Hülkenberq “Audi” ilə 2026 və 2027-ci illəri əhatə edən müqavilə imzalayıb. Mövsümün ilk yarısından sonra Almaniya komandası Konstruktorlar Kubokunda 12 xalla 8-ci pillədə qərarlaşıb. Bu xalların 2-sini Hülkenberq qazanıb.







Formula-1