- Formula-1
- 23:52 14.08.2026
“Formula-1”in sabiq pilotu Ralf Şumaxer dördqat dünya çempionu Maks Verstappenin gələcəyi ilə bağlı çətin seçim qarşısında qaldığını düşünür.
90deqiqe.Az-ın məlumatına görə, Şumaxerin sözlərinə görə, Verstappenlə “Red Bull” arasındakı münasibətlərdə problemlər yaranıb və komandanın hazırkı vəziyyəti niderlandlı pilotu narahat edə bilər.
“Ferstappenlə “Red Bull” arasında nəsə pozulub. Onun gələcəyinin daim müzakirə olunması sonda komanda üçün də yorucu olur. Komanda da vəziyyətin öhdəsindən gələ bilmədi. Mövsümün əvvəlində bolid xüsusilə zəif idi. Sonradan edilən yeniliklər vəziyyəti müəyyən qədər yaxşılaşdırdı, lakin bolidi idarə etmək hələ də çox çətindir.
Bir tərəfdən, Maks “Red Bull”da özünü rahat hiss edir. Digər tərəfdən isə Lando Norrisin qələbə qazana bildiyi “Maklaren” var. Maks, şübhəsiz ki, həmin boliddə özünün daha güclü olacağını düşünür.
Sual budur: Maks “Red Bull”un vəziyyəti dəyişə biləcəyinə inamını itirib, yoxsa komandanın hazırkı yenidənqurma prosesi onun üçün sadəcə çox uzun çəkir?” - deyə Şumaxerin sözlərini “RacingNews365” yayıb.