- Formula-1
- 23:52 14.08.2026
“Formula-1”in sabiq pilotu Ralf Şumaxer Karlos Saynsın “Uilyams”dakı gələcəyi ilə bağlı qərarının pilotlar bazarındakı mümkün dəyişikliklərlə əlaqəli ola biləcəyini düşünür.
90deqiqe.Az-ın məlumatına görə, Şumaxer bu barədə “RacingNews365”ə açıqlamasında danışıb.
“Mən Saynsın taleyinin necə olacağı ilə maraqlanıram. Görünür, o, “Uilyams”ın təklifini rədd edib. Görəsən, bu, Maks Ferstappenin “Red Bull”dan mümkün ayrılığı ilə bağlıdır? Oskar Piastri əvvəlki statusunun bir hissəsini itirib. Yoxsa Sayns “Audi”yə keçməyə hazırlaşır?
“Uilyams”da hər şey alt-üst olub. Komanda bolidlə bağlı ciddi səhvə yol verib. Görünür, Ceyms Voulz da işləri kifayət qədər yaxşı təşkil edə bilməyib. Çünki yeni reqlament şəraitində ilk dəfə onun və komandasının bolidi sıfırdan hazırlaması lazım gəlib. Yəqin ki, orada da kifayət qədər fikir ayrılığı var”, - deyə Şumaxer bildirib.