16 avqust 2026. Bazar günü

Pasqal Verlyayn London E-Pri-də qalib gəldi


  • Formula-1
  • 23:29 15.08.2026
  • Oxunma sayı: 47
Pasqal Verlyayn London E-Pri-də qalib gəldi

Formula-E üzrə 2026-cı il mövsümünün 16-cı mərhələsi çərçivəsində London E-Pri-nin əsas yarışı keçirilib.

90deqiqe.Az xəbər verir ki, avqustun 15-də “ExCeL” avtodromunda baş tutan yarışın qalibi “Porşe” komandasının almaniyalı pilotu Pasqal Verlyayn olub.

Britaniyalı Ceyk Dennis (“Andretti”) finişə ikinci çatıb. “Caqvar”ın portuqaliyalı pilotu Antonio Feliks da Koşta isə yarışı üçüncü pillədə başa vurub.

Verlyayn bu qələbə sayəsində mövsümün başa çatmasına bir yarış qalmış şəxsi hesabda liderliyə yüksəlib. Almaniyalı pilotun aktivində 169 xal var. Ceyk Dennis 164 xalla ikinci, “Caqvar”ın digər pilotu Mitç Evans isə 148 xalla üçüncü pillədə qərarlaşıb.

Formula-E. London E-Pri. 15 avqust

  1. Pasqal Verlyayn (“Porşe”) – 38 dövrə
  2. Ceyk Dennis (“Andretti”) +5,777
  3. Antonio Feliks da Koşta (“Caqvar”) +22,308
  4. Sebastyen Buemi (“Envizn Reysin”) +23,720
  5. Edoardo Mortara (“Mahindra Reysin”) +24,480
  6. Teylor Barnard (“Penske”) +27,579
  7. Daniel Tiktum (“Kupra Kiro”) +28,969
  8. Mitç Evans (“Caqvar”) +30,540
  9. Nik Kassidi (“Sitroen”) +31,547
  10. Oliver Rouland (“Nissan”) +33,880

Qeyd edək ki, Formula-E üzrə 2026-cı il mövsümünün sonuncu yarışı da London E-Pri çərçivəsində keçiriləcək.







Formula-1