- Formula-1
- 22:52 17.08.2026
“Red Bull”un rəhbəri Loran Mekis komandanın “Ferrari”, “Mercedes” və “Maklaren”dən geri qalması barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Mekisin sözlərinə görə, mövsümün əvvəlində “Red Bull” liderlərdən təxminən 1,2 saniyə geridə olub. Bu fərqin həm şassi, həm də güc qurğusu ilə bağlı olduğu bildirilib.
“Melburnda 1,2 saniyə geridə idik. Bunun bir hissəsi şassi, digər hissəsi isə güc qurğusu ilə bağlı idi. Amma mübarizə apara biləcəyimizi hiss edirdik. Geniş auditoriya isə sözlərimizə təəccüblənmişdi: “Dostlar, biz dördüncü komanda olacağıq”. Həmin vaxt bunu müsbət hal kimi qəbul edirdik”, – deyə Mekis bildirib.
“Red Bull”un qısa müddətdə performansını yaxşılaşdırdığını vurğulayan mütəxəssis mövsümün yarısı geridə qaldıqdan sonra ilkin 1,2 saniyəlik fərqin böyük hissəsinin aradan qaldırıldığını qeyd edib.
“Bizə indi təxminən 0,3 saniyə qalıb. Çox yaxşı bilirik ki, məhz bu 0,3 saniyəni qazanmaq ən çətinidir. Yalnız zaman göstərəcək ki, biz də bu fərqi aradan qaldıra biləcəyik, ya yox”, – deyə “Racer” Mekisin sözlərini yayıb.