17 avqust 2026. Bazar ertəsi

“Honda” mühəndisi “Aston Martin”lə əməkdaşlıqdan danışdı


  • Formula-1
  • 22:25 17.08.2026
  • Oxunma sayı: 41
“Honda” mühəndisi “Aston Martin”lə əməkdaşlıqdan danışdı

“Honda”nın baş mühəndisi Şintaro Orihara mövsümün əvvəlində “Aston Martin” komandasının güc qurğusu ilə bağlı yaranan problemlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, yaponiyalı mütəxəssisin sözlərinə görə, ciddi çətinliklərə baxmayaraq, “Aston Martin” heç vaxt “Honda”dan narazılıq etməyib.

“Bildiyiniz kimi, qış testləri zamanı bizim üçün asan dövr olmadı. Lakin mövsümün əvvəlindən etibarən trasda münasibətlərimiz yaxşı idi. Bu, böyük ölçüdə “Aston Martin”in tras əməliyyatları üzrə direktoru Mayk Krakın sayəsində mümkün oldu.

“Aston Martin” heç vaxt “Honda”dan şikayətlənməyib. Təbii ki, peşəkar şəkildə problemin nədən ibarət olduğunu və ona necə reaksiya verməli olduğumuzu müzakirə edirdik. Amma onlar komandamıza həmişə hörmətlə yanaşırdılar. Buna görə də ilin əvvəlindən etibarən münasibətlərimiz yaxşı idi”, – deyə Orihara bildirib.

“Honda” mühəndisi zavod səviyyəsində əməkdaşlığın da ilin əvvəlindən etibarən yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, batareyada vibrasiya problemi yarandıqdan sonra tərəflər arasında əməkdaşlıq daha da intensivləşib.

“Batareyada vibrasiya ilə bağlı problem yarananda daha sıx işləməyə başladıq. Düşünürəm ki, mövsüm ərzində qarşılıqlı əlaqəmizin və münasibətlərimizin səviyyəsi getdikcə daha da yaxşılaşıb”, – deyə mütəxəssis “RacingNews365”in sözlərini yayıb.







Formula-1