21 avqust 2026. Cümə

Maks Verstappenin “Red Bull”dakı yeni müqaviləsinin dəyəri açıqlanıb


  • Formula-1
  • 23:41 20.08.2026
  • Oxunma sayı: 20
Maks Verstappenin “Red Bull”dakı yeni müqaviləsinin dəyəri açıqlanıb

Dördqat Formula-1 dünya çempionu Maks Verstappenin “Red Bull” komandası ilə yeni müqaviləsinin maliyyə detalları açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot 2027-ci ildən etibarən “Red Bull”dan illik 92 milyon avro əsas maaş alacaq. Bonuslarla birlikdə onun bir mövsümdə qazancı 115 milyon avroya çata bilər.

Məlumata görə, 28 yaşlı pilotun yeni müqaviləsinin ümumi dəyəri 460 milyon avro təşkil edir. Müqavilə 2027-ci ildən 2030-cu ilin sonunadək qüvvədə olacaq.

Bu barədə Formula-1 üzrə insayder və jurnalist Mark Limaçer sosial şəbəkə hesabında məlumat yayıb.

“Eşitdiyimə görə, Maks Verstappen 2027-ci ildən “Red Bull”da illik 92 milyon avro maaş alacaq. Bonuslarla bu məbləğ mövsüm ərzində 115 milyon avroya çata bilər. Ümumi razılaşmanın dəyəri 460 milyon avrodur”, - deyə o bildirib.

Qeyd edək ki, Maks Verstappen 2016-cı ildən “Red Bull”un heyətində çıxış edir.







Formula-1