21 avqust 2026. Cümə

Fernando Alonsonun “Aston Martin”də gələcəyi ilə bağlı qərar yaxın vaxtlarda verilə bilər


  • Formula-1
  • 23:58 20.08.2026
  • Oxunma sayı: 18
Fernando Alonsonun “Aston Martin”də gələcəyi ilə bağlı qərar yaxın vaxtlarda verilə bilər

İkiqat dünya çempionu Fernando Alonsonun Formula-1-də gələcəyi yaxın zamanda müəyyənləşə bilər.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı pilotun “Aston Martin”lə hazırkı müqaviləsi 2026-cı il mövsümünün sonunda başa çatır. 45 yaşlı Alonso Britaniya komandasında daha iki il – 2028-ci ilin sonunadək çıxış etmək variantını nəzərdən keçirir.

Maks Verstappen, Karlos Sayns və Aleks Albonun müqavilələrini uzatmasından sonra aparıcı komandaların 2027-ci il mövsümü üçün boş yerlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.

“Aston Martin” daxilində isə Alonsonun komanda ilə əməkdaşlığı davam etdirəcəyinə ümid edirlər.

Bununla belə, Fernando Alonso daha əvvəl qərar qəbul edərkən yalnız komandanın nəticələrini deyil, həm də Formula-1-də tətbiq olunacaq yeni texniki reqlamentə münasibətini nəzərə alacağını vurğulayıb.







Formula-1