- Formula-1
- 23:59 20.08.2026
Amerikalı biznesmen, ABŞ-ın Böyük Britaniyadakı sabiq səfiri, NFL-in “Nyu-York Cets” klubunun sahibi və İngiltərə Premyer Liqasında çıxış edən “Kristal Pelas”ın şəriklərindən biri Robert Vud Conson “Aston Martin” Formula-1 komandasının əhəmiyyətli minoritar səhmlər paketini əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Aston Martin”in mətbuat xidməti məlumat yayıb.
Robert Vud Conson 2017-2021-ci illərdə ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. O, “Johnson & Johnson” şirkətinin qurucularından biri olan Robert Vud Conson I-in nəticəsidir.
“Aston Martin” 2026-cı il mövsümünün 11 mərhələsindən sonra Konstruktorlar Kubokunda 11 komanda arasında 10-cu pillədə qərarlaşıb. Britaniya kollektivinin hesabında cəmi 1 xal var.
Sonuncu yerdə isə debüt mövsümünü keçirən ABŞ komandası “Kadillak” qərarlaşıb – 0 xal.
“Aston Martin”in yeganə xalını 45 yaşlı ispaniyalı pilot Fernando Alonso qazanıb. O, Monako Qran-prisində finişə 10-cu çataraq komandasına 1 xal gətirib.