- Formula-1
- 01:13 22.08.2026
Formula 1-in baş direktoru Stefano Domenikali mövsümün son iki mərhələsinin Qətər və Əbu-Dabidə keçirilməsi ilə bağlı qərarın sentyabrın ortalarından tez verilməyəcəyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Domenikalinin sözlərinə görə, Formula 1 Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və digər avtomobil yarışları seriyaları ilə koordinasiyalı şəkildə hərəkət edir.
“Biz bütün digər çempionatlarla əlaqə saxlayırıq. Məsələn, WEC mövsümün sonunda Yaxın Şərqə getməyəcəyini və Avropada qalacağını açıqlayıb. Bizim mövqeyimiz vəziyyətin inkişafını qiymətləndirmək və düzgün qərar qəbul etmək üçün özümüzə mümkün qədər çox vaxt verməkdir. Bu qərar sentyabrın ortalarından sonra veriləcək”, – deyə Domenikalinin sözlərini “Motorsport Nextgen Auto” yayıb.
Qeyd edək ki, Formula 1-in 2026-cı il mövsümünün son mərhələlərinin Qətər və Əbu-Dabidə keçirilməsi planlaşdırılır.