- Formula-1
- 23:30 22.08.2026
“Aston Martin”in pilotu Fernando Alonso Niderland Qran-prisinin sıralanma turundan sonra komandasının liderlərdən geri qalma fərqini ciddi şəkildə azaltdığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı pilot “Aston Martin”in son yarışlarda böyük irəliləyiş əldə etdiyini vurğulayıb:
“Piastri birinci seqmentdə bizdən 1,3 saniyə öndə idi. Əvvəllər liderlə orta hesabla 4,5 saniyə fərqimiz olurdu. Deməli, iki yarış ərzində 3 saniyəlik geriləməni aradan qaldırmışıq. Bu, möhtəşəmdir.
Hər şey gözlədiyimiz kimi işləyir. Amma bu, mürəkkəb idman növüdür və daim inkişaf etməyə davam etməliyik.
Təəssüf ki, burada, trasda güc qurğusu ilə bağlı çox şey edə bilmirik. Bazada, proqram təminatında və ya ehtiyacdan asılı olaraq başqa sahədə ciddi dəyişikliklərə ümid etməliyik. Bu yeniliklər Yaponiyadan gəlməlidir, ona görə də bir gün ərzində heç nə dəyişməyəcək.
Daha çox növbəti addımı Monzada atmağa çalışmalıyıq. Bu paketdən optimallaşdıra biləcəyimiz daha bir neçə onda saniyə var”, - deyə Alonsonun sözlərini “The Race” nəşri sitat gətirib.