23 avqust 2026. Bazar günü

“Özümü yaxşı hiss etmirəm”


  • Formula-1
  • 23:26 22.08.2026
  • Oxunma sayı: 51
“Özümü yaxşı hiss etmirəm”

“Red Bull”un pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Verstappen Niderland Qran-prisinin sıralanma turundan sonra səhhəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, ev yarışında çıxış edən niderlandlı pilot bütün həftəsonu özünü yaxşı hiss etmədiyini, şənbə günü vəziyyətinin daha da pisləşdiyini bildirib.

“Bütün həftəsonu özümü pis hiss edirdim. Bu gün isə vəziyyətimin daha da pisləşdiyini düşünürəm”, - deyə Verstappenin sözlərini “Motorsport”un Braziliya versiyası sitat gətirib.

Qeyd edək ki, Niderland Qran-prisinin sıralanma turunda “Maklaren”in pilotu Lando Norris 1:11.163 nəticə ilə poul mövqeyini qazanıb. Corc Rassell ikinci, Andrea Kimi Antonelli isə üçüncü olub.

Niderland Qran-prisi. Sıralanma turu

  1. Lando Norris (“Maklaren”) – 1:11.163
  2. Corc Rassell (“Mercedes”) – +0.102
  3. Andrea Kimi Antonelli (“Mercedes”) – +0.133
  4. Oskar Piastri (“Maklaren”) – +0.142
  5. Lyuis Hemilton (“Ferrari”) – +0.331
  6. Şarl Lekler (“Ferrari”) – +0.395
  7. Maks Verstappen (“Red Bull”) – +0.455
  8. Liam Lawson (“Red Bull”) – +0.570
  9. Qabriel Bortoleto (“Audi”) – +0.916
  10. Arvid Lindblad (“Racing Bulls”) – +1.022






Formula-1

“Özümü yaxşı hiss etmirəm”
  • Formula-1
  • 23:26 22.08.2026
“Özümü yaxşı hiss etmirəm”