23 avqust 2026. Bazar günü

Verstappendən Rassellə bağlı sərt ifadə


  • Formula-1
  • 23:30 22.08.2026
  • Oxunma sayı: 34
Verstappendən Rassellə bağlı sərt ifadə

“Red Bull”un pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Verstappen Niderland Qran-prisinin sıralanma turunda Corc Rassellə bağlı diqqətçəkən açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot “Mercedes”in sürücüsünün sıralanmanın üçüncü seqmentinin əvvəlində baş verən insidentdən sonra radio vasitəsilə şikayətlənəcəyini ehtimal edib və bunu kinayəli şəkildə ifadə edib.

“Yəqin ki, Corc indi pitdən çıxmağımıza görə radio vasitəsilə ağlamağa başlayacaq. Amma orada təhlükəli heç nə yox idi”, - deyə Verstappen komanda radiosunda bildirib.

Hadisə Verstappen “Red Bull”un boksundan çıxarkən Rassellin həmin ərazidən keçdiyi vaxt baş verib. Niderlandlı pilot bu epizodun “Mercedes” sürücüsünün narazılığına səbəb ola biləcəyini düşünüb.

Lakin Verstappenin yarış mühəndisi Campiero Lambiase ona Rassellin komanda radiosu vasitəsilə hər hansı şikayət səsləndirmədiyini bildirib.







Formula-1

“Özümü yaxşı hiss etmirəm”
  • Formula-1
  • 23:26 22.08.2026
“Özümü yaxşı hiss etmirəm”