23 avqust 2026. Bazar günü

Lando Norris Niderland Qran-prisində poul qazandı


  • Formula-1
  • 00:27 23.08.2026
  • Oxunma sayı: 44
Lando Norris Niderland Qran-prisində poul qazandı

“Formula-1” üzrə dünya çempionatının 12-ci mərhələsi olan Niderland Qran-prisinin sıralanma turu başa çatıb.

 90deqiqe.Az-ın məlumatına görə, “Maklaren”in britaniyalı pilotu Lando Norris 1 dəqiqə 11,163 saniyəlik nəticə ilə poul mövqeyini qazanıb və yarışa ilk sıradan başlayacaq.

Şimal dənizinin sahilində yerləşən Zandvoort şəhərinin adını daşıyan 4,2 kilometrlik trasda keçirilən yarış 72 dövrədən ibarət olacaq.

Norrisdən 0,102 saniyə geri qalan “Mercedes” pilotu Corc Rassell ikinci, eyni komandanın italiyalı sürücüsü Kimi Antonelli isə 0,133 saniyə fərqlə üçüncü olub.

Qeyd edək ki, Niderland Qran-prisi avqustun 23-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Formula-1

“Özümü yaxşı hiss etmirəm”
  • Formula-1
  • 23:26 22.08.2026
“Özümü yaxşı hiss etmirəm”