24 avqust 2026. Bazar ertəsi

“Düzgün qərar trasda qalmaq idi”


  • Formula-1
  • 23:30 23.08.2026
  • Oxunma sayı: 42
 “Düzgün qərar trasda qalmaq idi”

“Ferrari” komandasının pilotu Şarl Lekler Niderland Qran-prisində komandanın onu pit-stopa çağırmaq qərarından narazı qaldığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “Sky Sports”a danışan monakolu pilot bildirib ki, yarışın 42-ci dövrəsində onun arxasında olan komanda yoldaşı Luis Hamilton daha yaxşı tempə sahib olduğunu radio vasitəsilə qeyd etdikdən sonra “Ferrari” Lekleri pit-stopa çağırıb. Lakin pilot bu göstərişə dərhal əməl etməyib və trasda qalmağa üstünlük verib.

“Trasda qalaraq təkərlərin fərqli strategiyasından yararlanmaq istəyirdimmi? Bəli. Açığı, niyə Corc (Rassell) ilə demək olar ki, eyni vaxtda pit-stopa girməli olduğumuzu tam anlamırdım. Çünki bu, faktiki olaraq, yarışı Corcun arxasında başa vuracağımız anlamına gəlirdi.

İki-üç dövrəlik fərq olsaydı, vəziyyəti dəyişmək üçün artıq çox imkanım olmayacaqdı. Hiss edirdim ki, təkərlərimdə hələ müəyyən qədər resurs qalıb. Həmin vaxt mənimlə Luisin strategiyası fərqli idi. Mənə elə gəlirdi ki, ən doğru qərar trasda bir qədər də qalmaqdır”, - deyə Lekler bildirib.

Bununla belə, Lekler növbəti dövrədə pit-stop etməli olub. O, yarışın nəticəsinə virtual təhlükəsizlik avtomobilinin (“Virtual Safety Car”) trasda görünmə vaxtının da təsir etdiyini düşünür.

“Amma sonda hər şey necə oldusa, elə də oldu. Düşünürəm ki, virtual təhlükəsizlik avtomobilinin meydana çıxması baxımından bir qədər bəxtimiz gətirmədi. Əsas məsələ isə odur ki, dünən, mənim fikrimcə, sıralanma turunda o qədər də yaxşı çıxış etmədik və yarışa daha aşağı mövqedən başladığımız üçün bunun əvəzini ödədik”, - Lekler əlavə edib.







Formula-1

“Özümü yaxşı hiss etmirəm”
  • Formula-1
  • 23:26 22.08.2026
“Özümü yaxşı hiss etmirəm”