27 avqust 2026. Cümə axşamı

“Alpine”dən Franko Kolapinto ilə bağlı qərar


  • Formula-1
  • 22:17 27.08.2026
  • Oxunma sayı: 44
“Alpine”dən Franko Kolapinto ilə bağlı qərar

“Alpine” Formula 1 komandasının argentinalı pilotu Franko Kolapinto ilə müqaviləni uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, Kolapinto 2027-ci il mövsümündə də “Alpine”in heyətində çıxış edəcək və Pyer Qaslinin komanda yoldaşı olaraq qalacaq. Bununla da komandanın gələn mövsüm üçün pilot heyəti tam müəyyənləşib.

Argentinalı sürücü 2025-ci ildə “Alpine”ə ehtiyat pilot kimi qoşulub. Daha sonra mövsüm ərzində əsas komandaya yüksəlib və Emiliya-Romanya Qran-prisində Cek Dueni əvəz edib.

Kolapinto 2026-cı ildə keçirdiyi 6 Qran-pridə 19 xal toplayıb. Onun nəticələri “Alpine”in Konstruktorlar Kubokunda 6-cı pillədə möhkəmlənməsinə kömək edib.

Qeyd edək ki, daha əvvəl dördqat dünya çempionu Maks Ferstappen də müqaviləsini uzadıb.







Formula-1

“Özümü yaxşı hiss etmirəm”
  • Formula-1
  • 23:26 22.08.2026
“Özümü yaxşı hiss etmirəm”